Woody Allenin “Blue Jasmine” filmindəki Jasmin varlı bir ərə arxalanaraq onun sayəsində sosiallaşan, önünə çıxan hər kəsi əzən, işləmədən pul və güc əldə edə bilən bir qadındır. Lakin həyatdan cəzasını alır. Film komediyadan drama doğru dəyişir. Jasmin rolunu Cate Blanchett canlandırır. Çox zövqlü və brend mallar istifadə edən,pula və lüks həyata meyilli olan, doğru bildiyi əməlləri və zərərsiz hesab etdiyi yalanları ilə ətrafdakılarına və özünə zərər verən ikiüzlü,yalançı qadın obrazıdır.Oğlu və əri tərəfindən tərk edilir,başqa bir imkanlı adamla evlənməyə çalışır lakin evlilik üzüyünü alarkən yalanlar üzə çıxır.

 

Fatih Akının “Divara Qarşı” filmində Sibel azad qadın obrazındadır. Sibel rolunu daha çox pornoqrafik filmlərdə çəkilən Sibel Kekilli canlandırır.
Sibelin Cahitlə evlənmək istəməsinin səbəbi,ata evindən ayrılıb azadlığın dadını çıxara bilmekdir. Sibel divarları yıxıb azad bir qadın olaraq yaşamağa qərarlı biri ikən Cahit həyatdan bir gözləntisi qalmamış, hər şeydən əlini üzmüş (nihilist) bir adamdır.Evlilik onlar üçün sadəcə bir qaçış yoludur. Ailənin müqəddəsliyinə inanmırlar. Sibel, daha gəlinliyini çıxarmamış başqa kişilərlə yatmağa başlayır. Cahid qısqanclıq üstündə həbsə düşür .Sibel ilk günlərdə Cahidə qovuşmaq istəsə də çətin günlərin ardından başqası ilə evlənib ailə sahibi olub stabil həyat sürməyə başlayır.

“Qaç Lola Qaç” filmində Lola sevgilisi üçün pul tapmağa çalışan,hətta onun üçün bank soymağa hazır olan qadın obrazıdır. Lola xarakterini canlandıran Franka Potente filmin rejissoru Tom Tykwer ilə uzun müddət birgə yaşayıb.
Film boyu Lola pul tapmaq üçün qaçır. Film sadə hekayə üzərində qurulmağına baxmayaraq 3 ayrı alternativ sonluğu var.Film insan taleyini mühakimə edir, hər an verdiyimiz irili-xırdalı qərarların hayatımızı necə dəyişəbiləcəyini vurğulayır.
-İnsan həyatları bir biri ilə toqquşur,bir birinin içindən keçir və bir birinə təsir edir.
-Ən kiçik detal belə yaşam əyrisində bir dəyişiklik yaradır.
-Qarşılaşdığımız bəzi vəziyyətlərdə etdiyimiz seçimlər həyatımızı yönləndirir.

Federiko Fellininin “La Strada” filmindəki Gelsomina (Giulietta Masina) uşaq xarakterli qadındır.Giulietta Masina həmçinin “female chaplin character” olaraq tanınır eyni zamanda Fellinin həyat yoldaşıdır.

Gelsomina, yoxsul ailəsi tərəfından pul qarşılığında, səyyar bir sirk göstəricisi olan xaraktersiz Zampanoya verilir.Həssas Gelsomina yaxşı niyyətli, şən və mələk xarakterine sahibkən; Zampano həyatı pul, seks ve yemek olarak görməkdədir. Çok keçmədən Zampanoya vurulan Gelsomina, bu sevgi üzündən daxilən parçalansa da ümidini itirmir. Fiziki və mənəvi şiddətlərlə Gelsominanın ruhunu günbəgün çökdürən Zampano isə acı tale yaşayır və peşmanlığın ən son həddinə çatır.