Insan tipləri

Extrovert VS İntrovert

Extrovert insanlar hərəkətə keçmək və enerji yığmaq üçün digər insanlarla əlaqəyə keçməyi xoşlayırlar. Asanlıqla danışar, özlərini asan ifadə edərlər. Çəkingən deyillər, dostcanlıdırlar. Tez qərar verib işə başlayarlar, problemləri yerindəcə həll edərlər. Hərkəsdən xəbər almağı xoşlayarlar. Maraq dairələri genişdir. Daha tez və yüksək səslə hətta əl jestləri ilə danışarlar.

İntrovert insanlar daha çox tək qalmağa gərək duyarlar, onlar üçün düşünməyə ayırıdıqlarıı zaman dəyərlidir. Hərəkətə keçməzdən əvvəl düşünməyi üstün tutarlar. Daha səbirlidirlər. Başqa insanlardan xəbər alan kimi gözləyərlər yavaş iş görərlər. Yavaş və aşağı səslə danışarlar. Bədən və üz ifdələrini az istifadə edərlər.

 

Duyğulu VS İntiutiv

Duyğulu insanlar informasiyanı beş duyğu vasitəsi ilə ələ alırlar. Problemlərə sistemli şəkildə yaxınlaşır, səbrlə dəqiq məlumat almağa çalışırlar. Detallara fikir verirlər və rəsmi bütünlüklə görməzlər. Gerçəklərə önəm verirlər,bu gün üçün yaşayırlar. Yararlı olmağı sevirlər.

İntiutiv insanlar informasiyanı parçalar şəklində deyil bütöv qəbul edirlər. Yaradıcıdırlar. Fantaziyaları güclüdür. Dəyişiklik və çeşitliliyi sevərlər. Gerçəkləri görməzdən gəlib öz bildikləri kimi hərəkət edərlər. Detallardan çox bütünə fikir verərlər. Gələcəkləri ilə yaşayarlar.

Düşünmə VS Hissetmə

Düşünmə prosesini tətbiq edən insanlar ağıllı və məntiqlidir,daha dəqiq fikrə sahib, tərəfsiz və obyektivdirlər. Vəziyyəti kənardan dəyərləndirə bilirlər. Duyğularını daha az göstərirlər. Daha yaxşı hazırlaşdıqları üçün qərarlarına sadiq qalırlar. Duyğuların təsirinə düşməzlər. İnsanlara xoş olmayan şeyləri deməkdən çəkinməzlər özlərinə sərf eləməsə belə doğrunu danışarlar. Bəyənilən insan olmağa can atmazlar.
Hissetmə prosesini tətbiq edən insanlar münasibətlərində uyğunlaşmaya(uyum) önəm verirlər. Qərarlarının insanlara necə təsir edəcəyini düşünürlər. Duyğularını göstərmək və başqaları ilə sevilən (sempatik) yaxınlaşma qurmağa çalışırlar. Qərarlarına şəxsi özəlliklərini qatarlar və birini məmnun etmək üçün öz yollarından kənara çıxarlar. Duyğuları ortadadır, bu üzlərindən və bədənlərindən hiss olunur. Xoş olmayan şeyləri deməkdən çəkinirlər və qarşındakını incitməmək üçün doğrunu söyləməkdən qaçılar. İnsanların onları sevməsini istəyirlər. Kişilərin 65% düşünən, qadınların 65 % isə hissedəndirlər.

Mühakimə etmək VS Qəbul etmək.

Mühakimə edən insanlar həyatı planlı və stabil olduqda xoşbəxt olurlar.Tez qərar verən olurlar və qərarlarını dəyişməzlər. Səhər oyandığında bu gün nə iş görəcəyini planlaşdırırlar. Planlarının dəyişməsi onları narahat edər. Tələskənlik içindədirlər və yaşamlarının bir məqsədi olmasını istəyərlər. Bir iş yarımçıq qalarsa narahat olarlar.
Qəbul edən insanlar rahat insanlardır. Ancaq gərək olarsa qərar verərlər. Görək nə olur şəklində