Yəqin ki, tez-tez facebookda hər şeyə mız qoyan, neqativ fikir bildirən tiplərə rast gəmisiniz. Paylaşılan işlərdə səhv tutub öz doğrularını dürtməyə, məsləhət verməyə çalışırlar. Tənqidə dözümünüz olsun – deyib özlərini bəribaşdan sığortalayırlar.
Bu tip adamların hər şeydən başı çıxır – şeirdən, qəzəldən, reklamdan, filmdən, cazdan və hər şeydən. Aqresiv və kompleksli olurlar. Eləsi də var ki, bir həftəlik zəhərini qusur gördüyün işin altına.
Bəs bu zəhərin mənbəyi haradandır? Deyim.
Sizə qəribə gələcək amma ölkədə ifadə azadlığının olmamasındandır.(Bu cümləni siyasi qəbul edirsənsə, sən də çezmisən əzizim)
Çünki bizi uşaqlıqdan özümüzü ifadə etməyə qoymayıblar. Evdə valideynlər, məktəbdə müəllimlər, işdə müdirlər və s.
Biz bir divara rəsm çəkib, bir mahnıda və ya şeirdə söyüş söyüb ürəyimizi boşaltmamışıq. Bizə qulaq asmayıblar, həmişə biz kimlərdənsə balaca olmuşuq. Daim əzilmişik, söyülmüşük, meymuna dönmüşük.(bax.5 meymun eksperimenti)
Beləliklə özünü ifadə kimi pozitiv bir duyğu neqativə çevrilib. Birdən-birə də facebook kimi demokratik bir məkan tapan kimi özümüzü buraxmışıq ora. Məqsəd bəllidir. Mən də burdayam, mən də varam, mənə də qulaq asın, fikirlərim içimdə qalıb və s.
Ona görə bu qurbanlar yeri gəldi-gəlmədi, bildi-bilmədi “qeyri səmimi rəsmi üslub” da fikirlərini dürtüşdürür. Haqqını tələb edir, hədələyir, etiraz edir. Baxırsan ki, Almaniya İP-i ilə facebooka girən adama oxşayır, amma elə deyil. (bu cümlə uje siyasidir) Adamın əli üzündə qalır. Sən demə bunun da fikrini, ideologiyasını nəzərə almaq lazım imiş. Başa sala bilmirsən ki, Ə bu reklamdı ey, az bu karikaturadı , bu artdı e qaqa. Bu sənin üçün maarifləndirici sosial çarx deyil. Nolub axı sənə ay pişik. Sən nəyin keşiyini çəkirsən. Rahatla da. Niyə belə ciddisən ?