Roman Polanskinin “Carnage” filmi həyətdə bir biri ilə dalaşan 2 uşağın valideynlərinin,aranı yumşaltmaq üçün qonaq getməsi ilə başlayır.Valideynlərin arasında söhbət əvvəl sakit və mədəni başlasa da sonradan qızğın mübahisəyə çevrilir.Film böyüklərin özlərinin tam formalaşmadığını ironik şəkildə göstərir.Əvvəlcə iki ailə arasında sonra kişilərlə qadınlar arasında mübahisə başlayır.Bir sözlə komediyadır.
Ssenaridə ən çətin üsullardan biri qəhrəmanların arasında çarpaz qarşıdurma yaratmaqdır.Filmin ssenaristi Yasmina Reza bunu mükəmməl bacarıb.Filmdə dördlü çarpaz qarşıdurma var.Minimalist senari tərzindədir.Film bir məkanda dörd aktyorla çəkilib.

Being John Malkovich filmi
İnsan arzusuna çatmaq üçün bəzən şəxsiyyətini itirər.Bu arzular beynimizdəki dünyada yaşayır və bir müddət sonra ölüb yerini başqa arzulara verir.Kimiləri bu arzuları xəyallarında canlandırır kimiləri isə qorxub şüuraltında gizlədir.Hərdən bu arzuları həyata keçirtmək üçün bir başqasının yerində olmaq istəyirsən.Başqasının yerinə olsaydın nə edərdin ? John Malkovich olmak filmi bunu izah edən filmdir.Adi bir kukla oynadan Cusack , məhşur amerikalı aktyor Jhon Malkovichin beyninə girməyə yol yapır və orada yaşamağa xəyallarını gerçəkləşdirməyə başlayır.
Filmə baxanlar üçün -Əgər John malkovich özü John malkovichin beyninə girərsə nə baş verər  🙂

 

Bu günə kimi baxdığım ən yaxşı film neorealizm axını filmlərindən olan Vittoria De Sicanın “Velosiped oğruları” (Ladri di biciclette-1948) filmidir. Film acizliyin və çarəsizliyin hekayəsidir. Filmə baxanda gerçəklərlə üzləşmək,ata oğul münasibətləri,təbəqələr arasında ayrıseçkilik,ümidsizlik,kasıbçılıq,işsizlik,çarəsizliyin insanı əxlaqsızlığa(oğurluğa) vadar etməsi,çarəsiz insanın əməlini günahlandırmaq yoxsa bəarət vermək və s duyğuları yaşamalı olursan.Çarəsiz və aciz qaldığım zamanlarda bu film yadıma düşür.

“Döyüş klubu” (Fight Club) filmi kapitalizmin yaratdığı cəmiyyəti tənqid edən bir filmdir.
Qəhrəmanın şəxsiyyət ikiləşməsi ilə müşaiyət olunan “şizofren” halında olması,insanın özünə nə qədər yad olmasını və özünü idarə edə bilməməsini göstərir.
Sistem bizə tükətməyi elə öyrədib ki bir dəfə geyindiyimizi bir daha geymərik,ildə bir telefon dəyişdirir, yeni çıxan əşyaların köhnəsini zibilliyə atırıq. Hətta sevgilimizi tükətincə yenisini axtarır, son istifadə müddəti bitən dostlarımızı dəyiştirəcək duruma gəlmişik.
Rejissor : David Fincher. Çak Palanikin “Döyüş klubu” romanı əsasında çəkilib.

Rejissoru Roger Gual olan 7il (7años) adlı ispan filmi maxinasiya ilə böyük pullar qazanan 4 nəfərdən ibarət olan şirkətdən bəhs edir. Gizli işlərin üstünün açılması ilə vəziyyət dəyişir. Qərara gəlirlər ki, birinin fədakarlıq edib həbsə getməsi, şirkəti və digər 3 nəfəri xilas edəcək. Lakin bu bir nəfərin kim olacağına qərar vermək asan olmur. Hətta qərar vermək üçün kənar bir şəxs cəlb olunur. Şirkətdə kimin daha vacib olduğu, kimin işə daha çox ehtiyacı olduğu və ya kimin daha çox işlədiyi müzakirə olunur. İlk dəqiqələrdə bir-birilərini tərifləsələr də sonradan bir-birilərinə demədikləri söz qalmır. Heç kim fədakarlıq edib, 7 il həbdsə yatmaq istəmir. Dialoqlarda ikili və dördlü çarpaz qarşıdurma olan, bir məkanda baş verən minimalist bir filmdir.
Ola bilsin filmin ssenaristi “Məhbus Dilemması”-dan ilhamlanıb.Məhbus dilemması qazanc və itkilər baxımından qarşılıqlı güvən və etibarlılığı ifadə edən teorik bir ssenaridir. Dillemmadan çıxan dərs belədir ki, tərəflər öz mənfəətini yox birlikdə mənfəətlərini düşünərlərsə daha sərfəli nəticəni əldə edərlər.

 

Nuri Bilge Ceylanın “Mayıs sıkıntısı” filmində maraqlı bir hadisə var.Əliyə məsuliyyət hissini öyrətmək üçün yumurta verirlər ki, bunu 40 gün cibində qırmadan gəzdirsən,sənin istədiyin saatı alacağıq (yumurtanı qırmasa, saatı da qırmaz məntiqi ilə).Başqa biri Əliyə məsləhət görür ki yumurtanı qaynatsın onda qırılmaz.Əli razı olmur ki,bu hiyləlikdir, bunu edə bilmərəm.Günlərlə əlini cibindəki yumurtanın üzərində saxlayır.39-cu gündə yumurta qırlır.Əli hiyləyə baş vurub, hindən yumurta oğurlayır  🙂