“Xoruldayan Adam Nəzəriyyəsi”

Özü yatır amma başqalarını yatmağa qoymur. Lakin bu işdə onun günahı yoxdur.

Bu, qarşı tərəfi anlamaq, empatiya qurmaq üçün yazdığım nəzəriyyədir. Xoruldayan adam burnunda olan problemə görə xoruldayır. Bu səs səni narahat edə bilər, lakin sən dözməlisən.

Əgər xoruldayan şəxsi onun rahat yatması üçün oyadırsansa, sənin empatiya hissin güclüdür. Əksinə, özün rahat yatmaq üçün onu oyadırsansa, əxlaqsızsan! Çünki o səni qəsdən narahat etmədiyi halda sən onu bilərəkdən narahat etmiş olursan.

Bu nəzəriyyəni bir çox problemli situasiyalara tətbiq etməklə yararlana bilərsiniz.

İlkin Yusif . 2018