Dek
Kreativ, Reklam

Lafarella MAGAZİNE

Lafarella Magazine jurnal sahəsində ilk təcrübəmiz idi. Kənardan asan görünsə də jurnal istehsal etmək kontent istehsalında ən çətin sahədir. Bu jurnalın üzərində qazandığımız təcrübə sonradan Fors jurnalında köməyimizə çatdı. https://issuu.com/lafarellamagazine Lafarella jurnalının redaksiya heyəti

Dek
Film, Kreativ, Reklam

VİRAL & GUERRİLLA

İlk viral reklamı Bumeranq Yaradıcılıq Mətbəxi kimi 2014-cü ildə “Tərsə gedən bir uşaq ” adlı reklamla etdik. Bu Pit stop pizza kafesinin gizli reklamı idi. İlk guerrilla fəaliyyətini isə Fırfıra kimi 2014-cü ildə Piyada podiumu adlı sosial çarxla etdik. Məqsəd sürücü və piyadaların diqqətini yol hərəkəti qaydalarına yönəltmək idi.

Dek
Kreativ, Reklam

Zarafat reklamı

Daha öncə zarafat reklamına rast gəlmədiyim üçün deyə bilərəm ki, bu reklam ilk zarafat reklamıdır. Oyan Azərbaycan adlı televiziya verilişi üçün nəzərdə tutulub.    

Dek
Kreativ

FENDİ QARABAĞ

Bir layihə ilə bağlı Ağdama getmişdik. Bir uşaq təklif etdi ki, eşşək arabası ilə  sizi gəzdirə bilərəm. Həmin vaxt da Fendi markasının rəsmi səhifəsində azərbaycan mahnısını öz reklamlarında işlətmişdilər. Uşaqlara dedim ki, buna göndərmə olaraq video çəksək maraqlı olar.

Dek
Kreativ, Reklam

“GUERRILLA MARKETING” nədir?

“Guerrilla Marketing” qeyri-ənənəvi üsullarla gözlənilməz yerdə qəfil zamanda keçirilən  kampaniyadır. Rahat anlaşılsın deyə, “Guerrilla Marketing” sözünü “Partizan Fəaliyyəti” ilə əvəzləyək. Partizan fəaliyyətinin üstün cəhətlərindən biri klassik metodlardan fərqli olaraq, müştəridə daha qalıcı təsir bağışlaması və az büdcə ilə böyük kütləyə xitab edə bilməsidir. Digər fərqləndirici xüsusiyyəti isə bazarda rəqiblərə kiçik hücumlar etməklə, onları zəiflətməkdir. Bu…