
2014 cü ilin isti iyul ayı idi. Aygül, Mircəlal, Yaqub, Şahin və İlkin qərara gəldilər ki, bəs rəqəmsal dünyadı biz də dijital uşaqlarıq, gəlin yutubdan pul qazanaq. O vaxt da bizim ölkədə monetizasiya mümkün deyildi. Almaniyada hesab açdıq. SlugJuice adlı platforma yaratdıq. İki video çəkdik, paylaşdıq, gözlədik.(cəmi iki ədəd, ikicə dənə) Baxdıq ki, baxış sayı yaman ağır gedir. Biz belə təsəvvür etməmişdik. Belə getsə qəpik quruş qazanarıq. Demək olar ki, baxan yox idi videolara. Başını buraxdıq. Əvvəl hər kəs fərdi olaraq başını buraxdı axırıda birlikdə buraxdıq. Sonradan (3-4 il sonra) baxdıq ki videolardan birinə babat baxış gəlib. Biz onda neynədik? Heçnə emədik. Həyatdı da.